Daxili İşlər Nazirliyi-Quriya bölgəsində təbii fəlakət zonasında üçüncü cəsəd tapılıb
Daxili İşlər Nazirliyi-Quriya bölgəsində təbii fəlakət zonasında üçüncü cəsəd tapılıb

 
Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri Quriya bölgəsində təbii fəlakət zonasında üçüncü cəsədi aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

DİN-in məlumatında bu mərhələdə 50-yə yaxın vətəndaşın təbii fəlakət zonasından təhlükəsiz yerə çıxarıldığı deyilir.

“İkisi yeniyetmə olmaqla üç cəsəd tapılıb. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mğebrişvili fəlakət zonasında qalır və fövqəladə hallar qərargahını koordinasiya edir. Quriya bölgəsinə Daxili İşlər Nazirliyinin müvafiq bölmələrindən həm canlı qüvvə, ağır texnika, üzən vasitələr, həm də bir qrup kinoloq səfərbər edilib. Təbii fəlakət zonasında monitorinq aparmaq üçün xüsusi dronlardan istifadə olunur” – deyə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.