Daxili İşlər Nazirliyi patrul polisinin islahatı çərçivəsində vahid xidmət mərkəzini açdı

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və həm vitse-premyer, həm də, Daxili İşlər Naziri olan Giorgi Qaxaria Tbilisidə, Nazirliyin binasında, (Noe Ramişvili N38) partul polisinin vahid xidmət mərkəzini açdılar.

Baş nazir və Daxili İşlər Naziri yeni mərkəzi gözdən keçirdilər və orada mövcud olan servislərin ilk istifadəçiləri oldular.

Vahid xidmət mərkəzi dörd müxtəlif şöbənin yerinə, əhaliyə gərəkən xidməti bir məkanda edəcək.

Yeni mərkəz müasir texnologiyalarla və avadanlıqla təchiz olunub.

Həmçinin, mərkəzin qaynar xidmət xətti də qüvvəyə mindi. 2 41 42 42 nömrəsini yığaraq, vətəndaşlar gərəkən bütün məlumatları ala biləcəklər.