Daxili İşlər Nazirliyi - Parlamentə yaxın ərazidə keçirilən aksiyanın iştirakçılarını zorakı hərəkətlərdən və polis əməkdaşlarına hücumlardan çəkinməyə çağırırıq, Daxili İşlər Nazirliyinin bir əməkdaşı xəsarət alıb

Daxili İşlər Nazirliyi parlamentə yaxın ərazidə keçirilən aksiyanın iştirakçılarını hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə tabe olmağa, zorakı hərəkətlərindən çəkinməyə çağırır.

Qurumdan verilən məlumatda, hər bir qanun pozuntusu faktına polis tərəfindən müvafiq hüquqi cavab veriləcəyi deyilir.

“Daxili İşlər Nazirliyi parlamentə yaxın ərazidə keçirilən aksiyanın iştirakçılarını bir daha asayiş keşikçilərinin göstərişlərinə tabe olmağa, zorakı hərəkətlərdən və polislərə qarşı hücumlardan çəkinməyə çağırır. Aksiya zamanı Daxili İşlər Nazirliyinin bir əməkdaşı artıq xəsarət alıb. Aksiya iştirakçıları qanunsuz əməllərini davam etdirsələr, Daxili İşlər Nazirliyi qanunda nəzərdə tutulmuş xüsusi tədbirlərdən istifadə edəcək. Bir daha qeyd edirik ki, hər bir qanun pozuntusu faktına polis tərəfindən müvafiq hüquqi cavab veriləcək”- Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.