Daxili İşlər Nazirliyi oğurluqda təqsirli bilinən 3 nəfəri həbs edib
Daxili İşlər Nazirliyi oğurluqda təqsirli bilinən 3 nəfəri həbs edib

Daxili İşlər Nazirliyinin Mtsxeta-Mtianeti Polis İdarəsinin Saquramo Polis Şöbəsinin əməkdaşları əvvəllər oğurluqda təqsirli bilinən və hazırda şərti cəzada olan 3 nəfəri – 1990-cı il təvəllüdlü Q.Ş., 1994-cü il təvəllüdlü B.T. və 1996-cı ild təvəllüdlü S.T.-ni yaxalayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, cinayət 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslər Mtsxeta rayonunun Kevliani kəndində yerləşən A.T.-yə məxsus bağ evinə gizli şəkildə daxil olub, oradan məişət avadanlıqları və müxtəlif əşyalar oğurlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törətdikdən az sonra hər üç nəfəri yaxalayıblar. İş üzrə aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Mtsxeta-Mtianeti ərazisində bir neçə bağ evindən oğurluq ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bağ evlərindən oğurlanmış əşyalar və məişət texnikası maddi sübut kimi götürülüb.

 Agentliyin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsi ilə aparılır”- Daxili İşlər Nazirliyinin məlumatında deyilir.