Daxili İşlər Nazirliyi narkotika cinayətlərinə görə 11 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi narkotika cinayətlərinə görə 11 nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin, Tbilisi, Acara, Kaxeti və Quriya polis şöbələrinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotika cinayətlərinə görə təqsirləndirilən 11 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda, saxlanılanlar arasında Gürcüstan, eləcə də xarici ölkə vətəndaşlarının olduğu deyilir.

“1988-ci il təvəllüdlü Q.K., 1995-ci il təvəllüdlü E.M., 1984-cü il təvəllüdlü, Q.T., 2000-ci il təvəllüdlü, L.Ç., 1998-ci il təvəllüdlü, M.P., 1999-cu il təvəllüdlü, M.İ., 1979-cu il təvəllüdlü, Q.C., 1969-cu il təvəllüdlü K.D., 1974-cü il təvəllüdlü Ş.Q., həmçinin xarici ölkə vətəndaşları: 1989-cu il təvəllüdlü A.Ts. və 1993-cü il təvəllüdlü A.Q. külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılması və işə keçirmək üçün hazırlanması, marixuananın qanunsuz olaraq əldə edilməsi-saxlanılması və işə keçirilməsi, işə keçirməyə cəhd edilməsi, tərkibində narkotik maddələr olan bitkinin qanunsuz olaraq əkilməsi və becərilməsi faktları üzrə saxlanılıb.
Cinayətlər 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşı A.Ts.-nin “Telegram” internet tətbiqində narkotik vasitələrin satışı üçün dırnaq arası mağaza sahibi olduğu müəyyən edilib. Qeyd olunan internet tətbiqi vasitəsilə narkotik vasitə “marixuana”nın satışı həyata keçirilib.

İstintaq çərçivəsində eyni iş üzrə A.Ts. ilə əlbir olan – Q.K. də saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərinə baxış zamanı və yaşayış evlərində axtarış zamanı maddi sübut olaraq narkotik vasitə “marixuana” və tərkibində narkotik vasitə olan “çətənə” bitkisini götürüblər.

Eyni zamanda, idarənin əməkdaşları tərəfindən saxlanılan E.M.-in üzərində aparılan yoxlama zamanı xüsusilə külli miqdarda narkotik vasitə “heroin” və “marixuana” maddi sübut olaraq götürülüb.

Tbilisi Polis İdarəsinin İsani-Samqori Baş Bölməsinin əməkdaşları Tbilisidə, Q.T.-nin üzərində aparılan yoxlama nəticəsində təqsirləndirilən şəxsin daha sonra satmaq üçün müxtəlif yerlərdə yerləşdirməyi planlaşdırdığı 20 bağlama “Alfa PVP” narkotik vasitəsini dəlil olaraq götürüblər. Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri istintaq hərəkətləri nəticəsində 3 nəfərin – L.Ç. , M.P. və M.İ. -in üzərində aparılan yoxlama zamanı, eləcə də onların göstərdikləri müxtəlif yerlərdən satış üçün hazırlanmış narkotik vasitə “marixuana”nı maddi sübut olaraq götürüblər.

Acara Polis İdarəsinin Xelvaçauri Rayon Şöbəsinin əməkdaşları tərəfindən Batumi şəhərində xarici ölkə vətəndaşı A.Q.-nin mənzilində aparılan axtarış nəticəsində maddi sübut olaraq “marixuana” və xüsusilə külli miqdarda tərkibində narkotik vasitə olan “çətənə” bitkisi götürülüb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bitkini evdə qurduğu xüsusi istixanalarda becərib.

Kaxeti Polis İdarəsinin Saqareco Rayon Şöbəsinin əməkdaşları hazırda şərti cəza çəkən Q.C.-nin evində və yardımçı tikilidə apardıqları axtarışlar nəticəsində maddi sübut olaraq “marixuana”nı götürüblər.

Quriya Polis İdarəsinin əməkdaşlar Ozurqeti Munisipalitetində K.D. və Ş.Q.-nin üzərində aparılan axtarış nəticəsində maddi sübut olaraq narkotik vasitə “Buprenorfin”i götürüblər.

Külli və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi və saxlanılması və işə keçirmək üçün hazırlanması, marixuananın qanunsuz olaraq əldə edilməsi-saxlanılması və işə keçirilməsi, işə keçirməyə cəhd edilməsi, tərkibində narkotik maddələr olan bitkinin qanunsuz olaraq əkilməsi və becərilməsi faktları ilə əlaqədar istintaq Gürcüstan CM-nin 260-e, 18-260-e, 273-cü əlavə və 19-273-cü əlavə maddələri ilə aparılır”- deyə qurumun məlumatında qeyd olunub.