Daxili İşlər Nazirliyi insan alveri (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verməmək faktı üzrə 4 nəfəri saxlayıb
Daxili İşlər Nazirliyi insan alveri (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verməmək faktı üzrə 4 nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İnsan alveri və Qanunsuz Miqrasiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində insan alveri (trefikinq) və xüsusilə ağır cinayət haqqında məlumat verməmək faktı üzrə 4 nəfəri saxlayıblar. Bu haqda məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Nazirlikdən verilmiş məlumata əsasən, insan alveri ittihamı ilə saxlanılanlar əvvəllər məhkumluq həyatı yaşamış şəxslərdir : 1972-ci il təvəllüdlü M.E., 1990-cı il təvəllüdlü L.A. və 1959-cu il təvəllüdlü E.L., xüsusilə ağır cinayət haqqında məlumat verməmək ittihamı ilə isə əvvəllər məhkumluq həyatı yaşamış 1972-ci il təvəllüdlü İ.K.

Cinayətlər 14 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“Həyata keçirilmiş kompleks istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxslərin insan alveri planı hazırladıqları müəyyən edilib. Planı həyata keçirmək məqsədilə məhdud imkanlı şəxsi öz tərəflərinə çəkərək (başını qataraq) onu cinsi istismara məruz qoyublar. Konkret olaraq, zərərçəkmiş şəxsə qarşı psixoloji zorakılıq tətbiq etməklə, müəyyən miqdarda pul qarşılığında başqa şəxslərə cinsi xidmət göstərməyə məcbur ediblər. Bu yolla əldə olunmuş pulu isə təqsirləndirilən şəxslər özləri mənimsəyiblər.

İstintaqa əsasən, həmçinin müəyyən edilib ki, təqsirləndirilən İ.K. sözügedən cinayət planı barədə məlumata malik olub, lakin o, hüquq-mühafizə orqanlarına cinayət barədə məlumat verməyib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü əlavə maddəsinin ikinci hissəsi və 376-cı maddəsi ilə aparılır” – məlumatda qeyd olunub.