Daxili İşlər Nazirliyi Qoqebaşvili küçəsində qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyinin müəyyən edildiyini açıqlayıb
Daxili İşlər Nazirliyi Qoqebaşvili küçəsində qətli törətməkdə şübhəli bilinən şəxsin kimliyinin müəyyən edildiyini açıqlayıb

Tbilisinin Qoqebaşvili küçəsində qətl törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib, – bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi  Birinci Kanala bildirib.

Qurumdan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq başlayıb.

Tbilisinin Qoqebaşvili küçəsində qətl hadisəsi bir müddət əvvəl baş verib. Kişinin odlu silahla öldürüldüyü iddia edilir. Hadisə şahidlərinin sözlərinə görə, iki nəfər də yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hələ də hadisə yerində işləyirlər.