Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejiminin pozulmasının 153 faktını qeydə aldı
Daxili İşlər Nazirliyi son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən keçirilən monitorinq nəticəsində, bütün ölkə miqyasında, fövqəladə vəziyyət rejiminin pozulmasının 153 faktını qeydə aldı.
Nazirliyin məlumatına görə, polis 10 mayıs saat 21:00-dan 11 mayıs səhər 06:00-a qədər komendant saatını pozduqları üçün 106 nəfəri cərimələdi.
Bununla yanaşı, ictimai yerlərdə iki metrlik məsafəyi qorumadıqlarına görə 37 nəfər cərimələndi.
Xatırladaq ki, fövqəladə vəziyyət rejiminin pozulması üçün cərimə fiziki şəxslər üçün – 3000 lari, hüquqi şəxslər üçün isə, 15 000 laridir.