Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejiminin pozulmasının 102 yeni faktını qeydə aldı
Daxili İşlər Nazirliyi fövqəladə vəziyyət rejiminin pozulmasının 102 yeni faktını qeydə aldı

Daxili İşlər Nazirliyi son 24 saat ərzində, hüquqmühafizəçilər tərəfindən keçirilən monitorinq nəticəsində, bütün ölkə miqyasında, fövqəladə vəziyyət rejiminin pozulmasının 102 faktını qeydə aldı.

Nazirliyin məlumatına görə, polis 13 mayıs saat 21:00-dan 14 mayıs səhər 06:00-a qədər komendant saatını pozduqları üçün 89 nəfəri cərimələdi.

Həmçinin, avtomobil ilə hərəkət etmək və sərnişinlərin sayı ilə bağlı distansiya rejimini pozmaq faktlarına görə yrddi nəfər cərimələndi.

Xatırladaq ki, fövqəladə vəziyyət rejiminin pozulması üçün cərimə fiziki şəxslər üçün – 3000 lari, hüquqi şəxslər üçün isə, 15 000 laridir.