Daxili İşlər Nazirliyi - Torpaq sürüşməsinin baş verdiyi Bağdatinin Nerqeeti kəndində bu vaxt üçün 3 cəsəd tapılıb, bir vətəndaş xilas edilib, 6 nəfərin axtarışları davam etdirilir
Daxili İşlər Nazirliyi - Torpaq sürüşməsinin baş verdiyi Bağdatinin Nerqeeti kəndində bu vaxt üçün 3 cəsəd tapılıb, bir vətəndaş xilas edilib, 6 nəfərin axtarışları davam etdirilir

Bağdati Munisipalitetinin Nerqeeti kəndində axtarış-xilasetmə əməliyyatı çərçivəsində 1 vətəndaş xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb, 3 nəfərin cəsədi tapılıb, 6 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir-bu haqda Daxili İşlər Nazirliyindən bildiriblər.

Qurumdan verilmiş məlumatda, Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvilinin fəlakət bölgəsində olduğu və aparılan işlərə rəhbərlik etdiyi deyilir.

“İmereti bölgəsində bol yağıntı nəticəsində torpaq sürüşməsi baş verib, nəticədə 4 yaşayış evi torpaq kütləsinin altında qalıb. Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri bir neçə saatdır fövqəladə rejimdə ərazidə işləyirlər.

Hadisə yerinə 200-dən çox yanğınsöndürən-xilasedici, yerli hakimiyyətin və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin nümayəndələri, o cümlədən müvafiq texnika, pilotsuz uçuş aparatları, kinoloqlar qrupu səfərbər olunub və işlər aktiv şəkildə davam etdirilir. Hazırda təmizləmə işləri aparılır”- bəyanatda qeyd olunub.

Bağdatinin Nerqeeti kəndində gecə saatlarında torpaq sürüşməsi baş verib.