Daha yüksək səviyyəli idmançılar gəlir - Gürcüstanın qolf üzrə açıq çempionatı başa çatdı #1TVSPORT
Daha yüksək səviyyəli idmançılar gəlir - Gürcüstanın qolf üzrə açıq çempionatı başa çatdı #1TVSPORT

Gürcüstan Qolf Federasiyası və “Tbilisi Hils”in təşkilatçılığı ilə keçirilən qolf üzrə Gürcüstan açıq çempionatı başa çatıb. Turnir iki gün ərzində baş tutub – qadın və kişilərin yarışında 10 ölkədən 40-a yaxın idmançı əsas mükafat uğrunda mübarizə aparıb.

Gürcüstan Qolf Federasiyası 2007-ci ildən mövcuddur və Avropa Federasiyasının tamhüquqlu üzvüdür. Gürcüstan millisi 2019-cu ildə Litvada keçirilən Avropa çempionatında iştirak edib. Təşkilatçıların fikrincə, turnirlərdə tez-tez iştirak etmək gürcü qolfçularına ümumi səviyyələrini yüksəltməyə kömək edir.

Andro Şilakadze, (Qolf Federasiyasının vitse-prezidenti): “Bu, olduqca gərgin və maraqlı turnir oldu, buna çox sevindik, çünki qolfla maraqlananların sayı ildən-ilə artır və bu, ümumi sinifə də təsir edir.”

“Qolf üzrə Gürcüstan çempionatı uzun zaman deyil ki, keçirilir, lakin artıq ənənəvi hal alıb və bir çox ölkələrdən iştirakçılar gəlir. Ən əsası isə odur ki, daha yüksək səviyyəli idmançılar gəlir. Bu, gürcü qolfçularının səviyyəsinin göstərgəsidir və düşünürəm ki, irəliləyiş göz qabağındadır”, – turnirin təşkilatçılarından biri Tamuna Betsiaşvili-Jervis deyir.