Cüdo | Zaur Dvalaşvili 23 yaşadək idmançılar arasında Avropa çempionatında qızıl medal qazandı #1TVSPORT
Cüdo | Zaur Dvalaşvili 23 yaşadək idmançılar arasında Avropa çempionatında qızıl medal qazandı #1TVSPORT

Almaniyanın Potsdam şəhərində keçirilən cüdo üzrə 23 yaşadək idmançılar arasında Avropa çempionatında Zaur Dvalaşvili (81 kq) qızıl medal qazanıb.

Finalda gürcü idmançı belçikalı Yarn Duiki ipponla məğlub edərək, Gürcüstan millisinə turnirdə ən yüksək nümunəli ilk medalı qazandırıb. Qeyd edək ki, final blokunda gürcü finalı keçiriləcək – ağır çəkili idmançılar Saba İnaneişvili və İrakli Demetraşvili qızıl medal uğrunda üz-üzə gələcəklər.

Nino Qulbani (70 kq) qitə birinciliyində bürünc medal uğrunda mübarizə apararaq portuqaliyalı Taiş Pinaya uduzub.

Noyabrın 18-də, yarışın final günündə oğlanlar 81, 90, 100 və +100 kq, qızlar isə 70, 78 və +78 kq çəkidə mübarizə aparacaqlar.

Xatırladırıq ki, qızlar arasında 57 kq-da mübarizə aparan 18 yaşlı Nino Loladze dünən keçirilən turnirdə parlaq çıxış edərək gümüş medal qazanıb. 73 kq-da Kote Kapanadze bürünc medal uğrunda görüşdə ukraynalı Horçankoya qalib gəlib.