Cüdo | Quram Tuşişvili və Qela Zaalişvili Baku Grand Slam turnirinin yarımfinalındadırlar #1TVSPORT
Bakıda keçirilən cüdo üzrə Grand Slam yarışlarının sonuncu yarış günündə yeddi gürcü cüdoçusu medal qazanıb.
Turnirdə ağır çəkili idmançılar Qela Zaalişvili və Quram Tuşişvili uğurla mübarizə aparırlar. Tuşişvili neytral bayraq altında çıxış edən Tamerlan Başayevi gözəl zərbə ilə məğlub edib və yarımfinalda Qazax Kaxbibayevlə qarşılaşacaq, Qela isə azərbaycanlı Qamzadxanovu məğlub edib və finala çıxmaq üçün çəkinin bir nömrəsi olan İnal Tasoyevlə qarşılaşacaq.
İlia Sulamanidze (100 kq) yarışda ilk görüşdə qalib gəlib və o da Erekle Bazierişvili kimi 1/8 finala yüksəlib. Erekle Bazierişvili isə yaponiyalı cüdoçuya qalib gəlib.
Sofiya Armenişvili (+78 kq), Vladimir Axalkatsi və Tornike Poladişvili (hər ikisi – 90 kq) Gran Slam ilə ilkin mərhələdə vidalaşıb.
Oktyabrın 22-də Eter Liparteliani (57 kq) turnirin gümüş medalının sahibi olub.
Xatırladırıq ki, Gürcüstan millisindən Laşa Şavdatuaşvili və Luka Maisuradze 2022-ci ildə Bakı Grand Slam turnirində bürünc medal qazanıblar.
Müəllif -
Mehemmed Bayramaliyev