Bakıda keçirilən cüdo üzrə Grand Slam yarışlarının sonuncu yarış günündə gürcü idmançılar uğurla mübarizə aparırlar. İlia Sulamanidze (100 kq) turnirin finalında güləşir.
Yarımfinalda fransalı Aurelien Disseni məğlub edən gürcü qızıl medal uğrunda azərbaycanlı Kotsoyev və ya neytral bayraq altında çıxış edən Kanikovski ilə görüşəcək. Ağır çəkili Quram Tuşişvili Bakı Grand Slam-ın finalındadır, Qela Zaalişvili isə bürünc medal qazanmağa çalışacaq.
Tuşişvili yarımfinalda qazaxıstanlı Kaxbibayevə qalib gəlib və finalda neytral bayraq altında çıxış edən hazırkı dünya çempionu İnal Tasoyevlə qarşılaşacaq. Zaalişvilinin rəqibi isə Başayevdir.
Sofiya Armenişvili (+78 kq), Erekle Bazierişvili (100 kq), Vladimir Axalkatsi və Tornike Foladişvili (hər ikisi – 90 kq) Grand Slam ilə ilkin mərhələdə vidalaşıb. Final bloku Tbilisi vaxtı ilə saat 16:00-da başlayacaq.
Oktyabrın 22-də Eter Liparteliani (57 kq) turnirin gümüş medalının sahibi olub.
Xatırladırıq ki, Gürcüstan millisindən Laşa Şavdatuaşvili və Luka Maisuradze 2022-ci ildə Bakı Grand Slam turnirində bürünc medal qazanıblar.
Müəllif -
Mehemmed Bayramaliyev