Cüdo I Gürcüstanın gənclərdən ibarət komandası Avropa çempionatında komanda yarışının qalibi olub #1TVSPORT
Cüdo I Gürcüstanın gənclərdən ibarət komandası Avropa çempionatında komanda yarışının qalibi olub #1TVSPORT

Hollandiyanın Haaqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının final günündə qarışıq komanda yarışı keçirilib.

Finalda Hollandiya millisinə 4:1 hesabı ilə qalib gələn Gürcüstan komandası qızıl medalın sahibi olub. Gənclərdən ibarət yığmamız qarışıq yarışda ilk dəfə Avropa çempionu adını qazanıb.

Xatırladaq ki, Gürcüstan millisi fərdi yarışda Avropa çempionatını üç qızıl və bir bürünc medalla başa vurub. Kişilərin komanda yarışında komandamız birinci yeri tutub.