Cüdo I Gürcüstan millisi Avropa çempionatında komanda yarışlarının finalında mübarizə aparacaq #1TVSPORT
Hollandiyanın Haaqa şəhərində keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının final yarışı günündə qarışıq komanda yarışı keçirilir.
Turnirin yarımfinalında Fransanı 4:2 hesabı ilə məğlub edən Gürcüstan millisi qızıl medallar uğrunda Hollandiya yığması ilə qarşılaşacaq. Final bloku Tbilisi vaxtı ilə saat 18:00-da başlayacaq.
Xatırladaq ki, Gürcüstan millisi fərdi yarışda Avropa çempionatını üç qızıl və bir bürünc medalla başa vurub. Kişilərin komanda yarışında komandamız birinci yeri tutub.