Cüdo | Gürcüstan millisi 23 yaşadək idmançılar arasında Avropa çempionatının komanda yarışlarında bürünc medal qazanıb #1TVSPORT
Cüdo | Gürcüstan millisi 23 yaşadək idmançılar arasında Avropa çempionatının komanda yarışlarında bürünc medal qazanıb #1TVSPORT

Almaniyanın Potsdam şəhərində başa çatan 23 yaşadək idmançılar arasında Avropa çempionatında Gürcüstan millisi komanda yarışlarında bürünc medal qazanıb. Azərbaycan millisini 4:1 hesabı ilə məğlub edən komandamız ötən il qitə birinciliyində göstərdiyi nəticəni təkrarlayıb.

Gürcüstan millisinin qalibləri – Nino Loladze, Nino Qulbani, Kote Kapanadze və Qiorqi Jabniaşvili olub.

Xatırladaq ki, Gürcüstan millisi fərdi yarışlarda başa çatmamış Avropa çempionatında iki qızıl, iki gümüş və bir bürünc medal qazanıb. Komandamız oğlanlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yeri tutmuşdur.

Qızıl medalları Zaur Dvalaşvili (81 kq) və ağır çəkidə Saba İnaneişvili qazanıb.