Cüdo | Çxvimiani və Matiaşvili Tokio Grand Slam turnirində bürünc medal uğrunda güləşəcək #1TVSPORT
Cüdo | Çxvimiani və Matiaşvili Tokio Grand Slam turnirində bürünc medal uğrunda güləşəcək #1TVSPORT

Yaponiyanın paytaxtı Tokioda keçirilən 2023-cü ilin sonuncu Grand Slam turnirində Gürcüstan millisi bugün doqquz cüdoçu ilə çıxış edib, onlardan ikisini final blokunda izləyəcəyik.

Ciqaro Kano adına turnirdə Luxum Çxvimiani (60 kq) və ağır çəkili Levan Matiaşvili bürünc medallar uğrunda mübarizə aparacaqlar. Çxvimianinin rəqibi yaponiyalı Nakamuradır, Matişvili isə rusiyalı İnal Tasoyevlə qarşılaşacaq.

Xatırladırıq ki, dekabrın 2-də Grand Slam-ın finalında hazırkı dünya çempionu Luka Maisuradze (90 kq) mübarizə aparıb. Qızıl medal uğrunda mübarizə aparan Gürcüstan idmançısı yaponiyalı Sanşiro Muraoya əlavə vaxtda ipponla uduzaraq gümüş medalla kifayətlənib. Yarışda 20 yaşlı Qiorqi Teraşvili (73 kq) bürünc medal qazanıb – gürcü idmançı üçüncü yer uğrunda döyüşdə koreyalı Lini ipponla məğlub edib.

Eter Lipartelianinin (57 kq) da bürünc medal qazanmaq şansı olsa da, o, tayvanlı Lienqə uduzub.

Final bloku Tbilisi vaxtı ilə saat 12:00-da başlayacaq.

2022-ci ildə ən nüfuzlu turnirlərdən biri olan Tokio Grand Slam turnirində yalnız Laşa Bekauri güləşdi. Gürcüstanlı Olimpiya çempionu bürünc medal qazanıb. Yarış yaponların qələbəsi ilə başa çatıb – onlar kişilər arasında beş qızıl, qadınlarda isə yeddi qızıl medal qazanıblar.