Cuanşer Burchuladze Türkiyədə keçiriləcək üçtərəfli müdafiə nazirlərinin ministerialında iştirak edəcək
Cuanşer Burchuladze Türkiyədə keçiriləcək üçtərəfli müdafiə nazirlərinin ministerialında iştirak edəcək

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Türkiyədə keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə nazirlərinin ministerialında iştirak edəcək.

Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında Cuanşer Burchuladzenin, üçtərəfli nazirlər görüşü çərçivəsində Türkiyənin müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşlər keçirəcəyi deyilir.

Tərəflər regionun təhlükəsizlik mühitini, eləcə də üçtərəfli formatda cari və gələcək əməkdaşlıq planlarını müzakirə edəcəklər. Bu il Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli müdafiə nazirləri ministerialı Kayseridə keçiriləcək.