Cuanşer Burchuladze - Polşa, İspaniya, İsveç şirkətləri ilə müqavilələr imzaladıq, aktiv şəkildə silah almağa davam edirik
Cuanşer Burchuladze - Polşa, İspaniya, İsveç şirkətləri ilə müqavilələr imzaladıq, aktiv şəkildə silah almağa davam edirik

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze yüksək səviyyəli səfərlərin intensivliyinin beynəlxalq tərəfdaşlarla xarici əlaqələrin nə səviyyədə olduğunu vurğuladığını bildirib.

“İmedi” teleşirkətinin efirində nazir beynəlxalq səfərlərdən, silah-sursat alınması istiqamətində planlaşdırılan yeniliklərdən danışıb.

“Yeddi dəfə təkcə Brüsseldə müxtəlif görüşlərdə iştirak etdim, istər NATO ministerialı, istər Ramşteyn qrupunun iclası və s. İndi də, növbəti iki həftə ərzində Brüsselə növbəti səfərimiz var. Sözügedən səfərlər, əlbəttə ki, bizim xarici əlaqələrimizin səviyyəsini vurğulayır”- deyə müdafiə naziri açıqlayıb.

Cuanşer Burchuladze silah alınması istiqamətində imzalanan mühüm sazişlərdən də danışıb.

“Mən əhaliyə demək istəyirəm ki, silahlanma istiqamətində də artıq olduqca uğurlu addımlar atmışıq və bu il də silahlanma istiqamətində olduqca mühüm sazişlər imzalanıb. İspan şirkəti, Polşa şirkəti və İsveç şirkəti ilə alqı-satqı müqavilələri imzaladıq və aktiv şəkildə silah almağa davam edirik”- deyə nazir açıqlayıb.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.