Cuanşer Burchuladze NATO generalları ilə görüşüb
Cuanşer Burchuladze NATO generalları ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze bu gün Şimali Atlantika Alyansının yüksək rütbəli hərbi rəsmilərini qəbul edib. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.

Qurumun məlumatına görə, NATO-nun Müttəfiq Quru Qoşunları komandanının müavini, general-leytenant Nikola Dzanelis və NATO-nun Beynəlxalq Hərbi Əməkdaşlıq üzrə Təhlükəsizlik Departamentinin direktoru, general-mayor Françesko Diela ilə söhbətin əsas mövzusu NATO-Gürcüstan əməkdaşlığının praktiki mexanizmləri, Qara Dənizin strateji dialoqunda iştirak və regionda ağırlaşmış təhlükəsizlik mühiti olub. Cuanşer Burchuladzenin də qeyd etdiyi kimi, çətinliklərə baxmayaraq, Gürcüstan tərəfdaşlarının dəstəyi ilə müdafiə imkanlarını daha da inkişaf etdirmək üçün müdafiə islahatlarını davam etdirir.

Gürcüstan Müdafiə Qüvvələrinin ev sahibliyi etdiyi üçüncü NATO-Gürcüstan təlimi ilə bağlı da danışılıb. Cuanşer Burchuladzenin sözlərinə görə, təlim Gürcüstanın bu sahədə imkanlarını aydın şəkildə göstərir, bu artıq elə səviyyədə inkişaf edib ki, çoxmillətli təlimlərin keçirilməsi üçün müttəfiqlərə yüksək standart, genişmiqyaslı və effektiv təlim mühiti təklif edir.