Cuanşer Burchuladze çoxuşaqlı anaları Analar Günü münasibətilə təbrik edib
Cuanşer Burchuladze çoxuşaqlı anaları Analar Günü münasibətilə təbrik edib

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze və Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili qurumda işləyən çoxuşaqlı qadınları Analar Günü münasibətilə təbrik ediblər.

Cuanşer Burchuladze Müdafiə Nazirliyinin “Armyhall”una toplaşan dörd və daha çox uşaqlı analara uğurlar arzulayıb, hədiyyələr verib.

Çoxuşaqlı analara müdafiə nazirindən gül dəstələri və ticarət mərkəzinin bahalı hədiyyə vauçerləri təqdim olunub.