Cuanşer Burchuladze İran İslam Respublikasının yeni təyin olunmuş səfiri Mahmud Ədib ilə görüşüb
Cuanşer Burchuladze İran İslam Respublikasının yeni təyin olunmuş səfiri Mahmud Ədib ilə görüşüb

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze İran İslam Respublikasının Gürcüstana yeni təyin olunmuş səfiri Mahmud Ədib ilə tanışlıq xarakterli görüş keçirib. Burchuladze iranlı diplomatı yeni vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Görüşdə regionun üzləşdiyi yeni çağırışlara və imkanlara toxunulub. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli əməkdaşlığın cari məsələlərini və gələcək planlarını müzakirə ediblər.

Mahmud Ədib İran İslam Respublikasının Gürcüstandakı səfiri vəzifəsində Əkbər Qasemi Əli-Abadı əvəz edib.

Məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.