Cuanşer Burchuladze bildirir ki, aviasiya parkının tam bərpası prosesi çərçivəsində bir tək bu il dörd qırıcı və yeddi helikopter təmir ediləcək
Cuanşer Burchuladze bildirir ki, aviasiya parkının tam bərpası prosesi çərçivəsində bir tək bu il dörd qırıcı və yeddi helikopter təmir ediləcək

 

Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze qurumun 2020-2030-cu illər üçün fəaliyyət planını təqdim edərkən aviasiyanın inkişafı kimi vacib layihələrdən danışıb.

“Biz aviasiyanın inkişafı üçün iddialı planlar qurmuşuq. Aviasiya parkının tam bərpası prosesi çərçivəsində, bir tək bu il dörd qırıcı təyyarə və yeddi helikopter təmir ediləcək. Bu uçuş aparatlarının bərpasının öz hesabımıza edilməsi vacibdir , bunun əsası baş nazirin dövründə qoyulmuşdu və bir neçə il əvvəl heç kimin xəyalına belə gələ bilməzdi”-deyə nazir qeyd edib.

Onun sözlərinə görə, bərpa-modernləşdirmə prosesinə paralel olaraq pilot və texniki işçilər üçün müvafiq hazırlıqlar keçirilir və kvalifikasiyalar verilir.

Müdafiə naziri dost və tərəfdaş ölkələrin nümayəndələrinin yerli mütəxəssislərlə birlikdə kadr hazırlığı prosesindəki töhfəsini vurğulayıb.