Cuanşer Burchuladze - Avropaya inteqrasiya prosesində böyük rol oynamış ordumuzu namizəd statusunun əldə edilməsi münasibətilə təbrik edirəm
Cuanşer Burchuladze - Avropaya inteqrasiya prosesində böyük rol oynamış ordumuzu namizəd statusunun əldə edilməsi münasibətilə təbrik edirəm

 
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze Müdafiə Nazirliyinin illik fəaliyyətini yekunlaşdırarkən, hərbi qulluqçuları və Gürcüstan əhalisini Avropa İttifaqına namizəd ölkə statusunun əldə edilməsi münasibətilə bir daha təbrik edib.

Nazir namizəd statusunun alınması məqsədilə görülən işlərə və həyata keçirilmiş islahatlar prosesində Gürcüstan hakimiyyətinin və müdafiə qüvvələrinin roluna diqqət çəkib.

“Xalqımızı böyük nailiyyət münasibəti ilə təbrik etmək, namizəd statusu və ümumiyyətlə, Avropaya inteqrasiya prosesində böyük rol oynamış və gələcəkdə də rol oynamağa davam edəcək ordumuzu namizəd statusu münasibətilə təbrik etmək istərdim. Baş nazir, hökumət tam tərkibi ilə böyük iş gördü. Bu çağırışlar fonunda heç bir ölkədən geri qalmamaqla yanaşı, ölkəmizin davamlı şəkildə inkişaf etməsinə nail olduq”- Cuanşer Burchuladze açıqlayıb.

Müdafiə Nazirliyinin yaydığı məlumatda deyildiyi üzrə, “Müdafiə naziri sülhün qorunmasının vacibliyindən danışarkən, Gürcüstan hakimiyyətinin rasional siyasətini qeyd edib, çünki ölkədə yeganə sülh dövrü indiki hakimiyyət şəraitində olub”.