Cuanşer Burchuladze Almaniyanın qrantı ilə satın alınmış avadanlıqlara baxış keçirib
Gürcüstanın Müdafiə Qüvvələri Almaniya Federal Hökumətinin qrantı ilə maddi-texniki və mühəndislik vasitələri satın alıb.
Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze və Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Peter Fişer 4-cü Piyada Briqadasının poliqonunda nümayiş etdirilən qrant hesabına alınmış yeni texnika və avadanlıqlara baxış keçiriblər.
Müdafiə naziri Gürcüstan və Almaniya arasında müdafiə sahəsində məhsuldar və uğurlu əməkdaşlığı xüsusilə vurğulayaraq, Almaniya tərəfinə Gürcüstan Müdafiə Qüvvələrinin inkişafına verdiyi əməli və əhəmiyyətli maliyyə dəstəyinə görə təşəkkür edib.
Tədbirdə Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili, Almaniyanın müdafiə attaşesi, vitse-polkovnik Andreas Zebaldi və Müdafiə Qüvvələrinin nümayəndələri iştirak ediblər.
Almaniya Federativ Respublikası hökumətinin Enable and Enhance Initiative təşəbbüsü çərçivəsində alman tərəfi 2019-cu ildən Gürcüstanın Müdafiə Nazirliyinə maliyyə yardımı göstərir.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.