Cozef Borrell - "Vaqner" üsyanı Moskvanın hərbi gücündə çatları göstərir
Cozef Borrell - "Vaqner" üsyanı Moskvanın hərbi gücündə çatları göstərir

 
“Vaqner” üsyanı Moskvanın hərbi gücündə çatları göstərir-bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borrell açıqlayıb.

Rusiyada “Vaqner” qruplaşması tərəfindən dayandırılan üsyan Moskvanın hərbi gücündə çatlara işarə edir, Borrel bu çatların Ukrayna ilə müharibədən qaynaqlandığını bildirir.

“Siyasi sistem zəifliklər göstərir və hərbi güc dağılır. Rusiya kimi nüvə dövlətinin siyasi qeyri-sabitlik mərhələsinə keçə biləcəyini görmək yaxşı deyil” – deyə Borrell deyir və bunun, Aİ-nin Ukraynaya dəstəyini “əvvəllər olmadığı kimi” davam etdirməli olduğu an olduğunu qeyd edib.