Cozef Borrell - rus neftinin idxalına qadağa, Putinin "müharibə maşınının" sıradan çıxarılması üçün dönüş nöqtəsi kimi əhəmiyyətə malik qərardır
Rus neftinin idxalına qadağa, Putinin “müharibə maşınının” sıradan çıxarılması üçün dönüş nöqtəsi kimi əhəmiyyətə malik qərardır- bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell “Twitter”-də yazıb.
“Aİ liderlərinin rus neftini qadağan etmək qərarını alqışlayıram. Putinin “müharibə maşınının” sıradan çıxarılması üçün dönüş nöqtəsi kimi əhəmiyyətə malik qərardır. Birliyimiz gücümüzdür ” -deyə Cozef Borrell yazır.
Aİ liderləri Rusiyaya qarşı altıncı sanksiyalar zərfinə dair razılıq əldə ediblər, bu mərhələdə qadağa rus neftinin idxalının 75 faizini əhatə edir. Konkret olaraq , qadağa boru kəmərləri ilə tədarük olunan neftə şamil edilmir. Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen rus neftinin idxalına qoyulan qadağanın ilin sonuna kimi 90 faizə qədər artacağını bildirib.