Cozef Borrell - Gürcüstanla bağlı bu gün qərarlar olmayacaq, lakin qısamüddətli perspektivdə tədbirlər qəbul edilə bilər, hakimiyyət tutduğu eyni yola davam etsə, qapı bağlanacaq
Cozef Borrell - Gürcüstanla bağlı bu gün qərarlar olmayacaq, lakin qısamüddətli perspektivdə tədbirlər qəbul edilə bilər, hakimiyyət tutduğu eyni yola davam etsə, qapı bağlanacaq

 
Gürcüstan üçün Avropa İttifaqına üzvlük qapısı açıqdır, lakin hakimiyyət indi etdiyinə davam etsə, qapı bağlanacaq-bu haqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Lüksemburqda, Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl jurnalistlərə deyib.

Borrell, Gürcüstanla bağlı bu gün qərarların verilməyəcəyini bildirib.

“Gürcüstanı unutmamalıyıq. Biz Gürcüstandakı mövcud vəziyyəti müzakirə etməyi planlaşdırırıq. Bir şey aydındır, Gürcüstan üçün Avropa İttifaqına üzvlük qapısı açıqdır, lakin hakimiyyət tutduğu eyni yola davam etsə, indi etdiyinə davam etsə, bu qapı bağlanacaq və bunun bədəlini gürcü xalqı ödəyəcək, insanlar zərər görəcək. Avropa perspektivinin azala və ya bağlana biləcəyi faktdır. Biz ciddi məsələlərdən danışırıq. Hər şey belə davam etsə, Avropa İttifaqının qapısı açıq olmayacaq.

Bu gün mən nazirlərə sənəd təqdim edəcəyəm, sənəddə Gürcüstanda bunun davam etməməsi üçün qısa və ortamüddətli perspektivdə edə biləcəyimiz müxtəlif məsələləri izah edəcəyəm. Bu gün qərarlar olmayacaq, çünki bu gün təxmini müzakirədir. Dediyim kimi, mən nə edə biləcəyimizin tam təhlilini masaya qoymuşam və nazirlər bunu müzakirə edəcəklər. Beləliklə bu gün konkret qərarlar gözləməyin, bu, siyasi yönümlü müzakirədir, lakin qısamüddətli perspektivdə tədbirlər qəbul edilə bilər. Məsələn, Avropa Sülh Fondu vasitəsilə dəstəyi dayandırmaq və ya yüksək səviyyəli siyasi əlaqələri dayandırmaq, birbaşa hökumətə göstərilən maliyyə dəstəyinin bir hissəsinin dayandırılması. Biz mülki şəxslərə zərər vurmaq istəmirik. Biz insanları daha çox əziyyətə məruz qoymaq istəmirik, lakin qərarlar var və günün sonunda, nazirlərin mənim təkliflərimə necə reaksiya verdiyini sizə deyə biləcəyəm” – Cozef Borrell açıqlayıb.

Bu gün Lüksemburqda Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrelin rəhbərliyi ilə Avropa Şurasının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Müzakirə olunacaq məsələlər arasında Gürcüstan da olacaq.