Cozef Borrell - bütün dünya miqyasında dərin iqtisadi böhran, qiymət artımı ilə üzləşirik, güclərimizi birləşdirərək bunun sanksiyalara görə deyil, müharibəyə görə olduğunu dünyaya izah etməliyik
Cozef Borrell - bütün dünya miqyasında dərin iqtisadi böhran, qiymət artımı ilə üzləşirik, güclərimizi birləşdirərək bunun sanksiyalara görə deyil, müharibəyə görə olduğunu dünyaya izah etməliyik

 
Bütün dünya miqyasında dərin iqtisadi böhran, qiymət artımı ilə üzləşirik, güclərimizi birləşdirərək bunun sanksiyalara görə deyil, müharibəyə görə olduğunu dünyaya izah etməliyik-bu barədə Aİ-nin Xarici və Təhlükəsizlik Məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell Brüsseldə Aİ-nin Xarici İşlər Şurasında bildirib.

” Kanada ilə bugünkü görüş böyük məmnuniyyətdir. Kanada ən etibarlı tərəfdaşlardan biridir. Bizim demək olar ki, hər şeyi əhatə edən assosiasiya müqaviləmiz var. Kanada bir çoxlarımızı sanksiyalar tətbiq etməyə və Rusiyanın Ukraynaya təcavüzünə qarşı vahid cəbhə yaratmağa sövq edir. Biz həm də bu müharibənin nəticələrindən çox narahatıq. Bütün dünya miqyasında dərin iqtisadi böhran, qiymət artımı ilə üzləşirik, güclərimizi birləşdirərək bunun sanksiyalara görə deyil, müharibəyə görə olduğunu dünyaya izah etməliyik. Rusiya Ukrayna buğdasının Ukraynadan bazarlara çıxmasına mane olur. Biz bunu müzakirə edəcəyik və əminəm ki, onsuz da güclü olan birlik və assosiasiya səylərimizi davam etdirəcəyik” – deyə Borrell bildirib.