Cozef Borrell - Avropa İttifaqı Putinə qarşı qərarların qəbuluna mane olan Rusiyadan asılılıqdan azad olur
Cozef Borrell - Avropa İttifaqı Putinə qarşı qərarların qəbuluna mane olan Rusiyadan asılılıqdan azad olur

 

Cozef Borrell Avropa İttifaqının Putinə qarşı qərarların qəbuluna mane olan Rusiyadan asılılıqdan azad olduğunu bildirir. Bu barədə Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin dərc etdiyi məqalədə deyilir.

“2022-ci ilin sonuna kimi Avropa İttifaqı rus neftinin idxalını 90% azaldacaq. Biz qaz idxalını da sürətlə azaldırıq. Bu qərarlar bizi Vladimer Putinin aqressivliyi qarşısında siyasi seçimlərimizə çoxdan mane olan asılılıqdan tədricən azad edir. O, yəqin ki, Avropanın enerji asılılığına görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə cəsarət etməyəcəyini hesab edirdi. Bu, Rusiya rejiminin bu münaqişə zamanı etdiyi mühüm səhv hesablamalardan biridir”- deyə məqalədə deyilir.

Bununla yanaşı, Cozef Borrell rus enerji resurslarından bu cür sürətlə imtina edilməsinin Avropa İttifaqının bir çox ölkələri, eləcə də iqtisadiyyatın bir neçə sektoru üçün ciddi çətinliklər yaratdığını qeyd edib.

“Bu, demokratiyamızı və beynəlxalq hüququ qorumaq üçün ödəməli olduğumuz bədəldir və biz bu problemləri tam həmrəyliklə həll etmək üçün lazımi ölçülər götürürük” -deyə Borrell bildirib.