Cozef Borrel ruslar tərəfindən Mikolaevdə taxıl terminalının məhv edilməsini qınayıb
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell ruslar tərəfindən Mikolaevdə taxıl terminalının məhv edilməsini qınayıb və bildirib ki, Rusiyanın raket zərbələri qlobal ərzaq böhranına töhfə verir. Borrell bu barədə “Twitter”-də yazıb.
“Qlobal ərzaq böhranını təşviq edən daha bir rus raket hücumu. Rusiya qüvvələri Ukraynanın Mikolayev şəhərində ikinci ən böyük taxıl terminalını məhv ediblər.
Bu cür məlumatlar fonunda, Putin tərəfindən ittihamların inkar edilməsi ilə əlaqədar yayılan dezinformasiya getdikcə daha kinli xarakter alır”- deyə Borrellin bəyanatında deyilir.
Rusiya iyunun 4-də Mikolayev şəhərinə raket zərbəsi endirib. Raket taxıl anbarına düşüb, nəticədə yanğın meydana gəlib.