Çörəkçilər Assosiasiyasında bildirirlər ki, unun maneəsiz idxal olunacağı təqdirdə çörəyin qiyməti bahalaşmayacaq
Çörəkçilər Assosiasiyasının məlumatına görə, çörəyin qiymətində artım gözlənilmir. Malxaz Dolidzenin sözlərinə görə, nə qədər ki, unun idxalı ilə əlaqədar gömrük vergisi yoxdur və onun ölkəyə idxalı problemsiz həyata keçirilir, çörəyin qiyməti artmayacaq.
“Ölkədə un idxalı 5-6 dəfə artıb. Bundan irəli gələrək, bazarda əsasən yerli sahibkarların istehsal etdiyi məhsulların əlçatan olduğu dövrdən sahibkarlara həm keyfiyyət, həm də qiymət baxımından seçim etmək imkanı verildi. Unun xaricdən gətirilməsinə nə qədər vaxt lazım olacağını bilmirəm, lakin fakt budur ki, un gətirilir, seçim imkanı var və mövcud vəziyyəti nəzərə alarsaq, çörək bahalaşmayacaq”, – deyə Çörəkçilər Assosiasiyasının rəhbəri Malxaz Dolidze bildirib.
Öz növbəsində, Gürcüstan Buğda və Un İstehsalçıları Assosiasiyasında un idxalının artmasının səbəb olduğu problemlər barədə danışırlar. Levan Silaqavanın sözlərinə görə, ölkə noyabr ayında ölkə 40% az buğda alıb ki, bu da misli görünməmiş aşağı göstəricidir. Levan Silaqavanın izahatına görə, ölkədə un idxalı rekord səviyyədə artmaqdadır və bu, ərzaq təhlükəsizliyini risk altında qoyur.
“Ötən ay ümumilikdə 35 min ton buğda idxal edilib, bu rəqəm misli görünməmiş dərəcədə aşağıdır. Bundan irəli gələrək, dəyirmanların bir hissəsi artıq fəaliyyətini dayandırıb. Tendensiya bu cür davam edərsə, başqaları da dayanmalı olacaq və ərzaq təhlükəsizliyindən başqa , bu dəyirmanın işçiləri də problem qarşısında qalacaqlar “-deyə Levan Silaqava bildirib.
Məlumat üçün bildirək ki, buğda idxalının azalması Rusiyanın buğdaya gömrük vergisi tətbiq etməsi ilə əlaqədardır. Bir tək ötən həftə Rusiya buğdaya olan 80 dollarlıq gömrük vergisini 10 dollar artıraraq 90 dollara qaldırıb. Bu da məhsulu daha da bahalaşmasına səbəb olub.
Una gəlincə, xaricdən gətirilən unun qiymətinin 67-69 larini təşkil etməsi fonunda , bu gün bazarda Gürcüstanda istehsal olunan birinci keyfiyyətli unun bir kisəsi 70-72 laridir.