Çoxatauri Meriyasında hakimiyyət nümayəndələri və Gürcüstan Müsəlmanları İdarəsi müftisinin görüşü başa çatdı
Çoxatauri Meriyasında hakimiyyət nümayəndələri və Gürcüstan Müsəlmanları İdarəsi müftisinin görüşü başa çatdı.
Onların bəyan etdiyinə görə, Buknaridə mövcud problem həll olunub.
Meriya qarşısında toplaşanların tələbi ilə, sabah daha bir görüş planlaşdırılıb. Burada xristian və müsəlman icması, həmçinin hakimiyyət nümayəndələri iştirak edəcəklər.
Bununla yanaşı, görüşün başa çatmasından sonra deyildi ki, sabah müsəlman ibadət yerində ibadət icra ediləcək.
“Biz istəyirik ki, kənddə anlaşılmamazlıq olmasın, hamı qardaş əlaqələrini davam etdirsin. Məhz elə buna görə gəldim, sabah sizin ibadət yerinizə də gələcəm. Sevgi və dostluğu davam etdirək. Buna zəmanət sizsiniz də bizik də. Bundan spnra kimsə cürət etsə, mən tərəfdən də siz tərəfdən də tələb olacaq”, – Parlamenti majoritar deputatı, Vasil Çiqoqidze bəyan etdi.