ABŞ prezidenti Co Baydenin koronavirusa yoluxması təsdiqlənib. Bu barədə Ağ Ev bəyanat yayır. ABŞ Prezident Administrasiyası Baydenin virus əleyhinə “Paxlovid” preparatı ilə müalicə edildiyi barədə məlumat yayır.
Co Bayden tam peyvənd olunub və koronavirusun iki gücləndirici dozasını qəbul edib. Ağ Ev tərəfindən yayılan məlumatda , prezidentdə çox yüngül əlamətlərin olduğu deyilir.
ABŞ prezidenti Ağ Evdə özünütəcrid dövrünü keçirəcək və bu müddət ərzində öz vəzifələrini yerinə yetirməyə davam edəcək. O, planlaşdırılan görüşlərdə telefonla və ya onlayn rejimdə iştirak edəcək.