Co Bayden Yaxın Şərq turuna sabah İsrailə səfərlə başlayacaq
Co Bayden Yaxın Şərq turuna sabah İsrailə səfərlə başlayacaq

 

ABŞ prezidenti Co Bayden Yaxın Şərq turuna iyulun 13-də İsrailə səfərlə başlayacaq. ABŞ prezidentinin nümayəndə heyətində dövlət katibi Entoni Blinken də olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə, beynəlxalq səfərlər çərçivəsində administrasiyanın vəzifəsi İsrail, Fələstin, Fars körfəzi ölkələri və regional tərəfdaşlarla prioritet məsələlərə, o cümlədən ABŞ-ın regionda əlaqələrinin dərinləşdirilməsi, regional təhlükəsizlik, iki dövlət prinsipinin dəstəklənməsi və ümumi, o cümlədən İran tərəfdən təhlükələrə qarşı mübarizəyə dair məsləhətləşmələr aparmaqdır.

Co Bayden İsraildən sonra Fələstin administrasiyasının nümayəndələri ilə görüşəcək və Səudiyyə Ərəbistanına səfər edəcək. “NBC News” bu səfərin hərbi satışları dayandırmaqla Səudiyyə Ərəbistanının “Washington Post” qəzetinin jurnalisti Camal Qaşıqçının qətlinə görə cəzalandırılacağını vəd edən Bayden kampaniyasının ritorikasından geri çəkilməsi mənasına gəldiyini yazır.

Nəşr, Bayden administrasiyasının indi qlobal neft bazarında və Yaxın Şərqdə sabitliyin qorunmasında mühüm rol oynayan səudiyyəlilərlə yenilənmə axtardığını yazır.