Co Bayden - Ukraynaya hərbi yardım göstərməyə və Rusiyaya qarşı sərt sanksiyaları qoruyub saxlamağa davam edəcəyik

 

ABŞ prezidenti Co Baydenin sözlərinə görə, ABŞ və onun müttəfiqləri Rusiyanın real olaraq gərginliyi azaldıb-azaltmayacağını müşahidə edəcəklər.

“Bizə təklif etdiklərini yerinə yetirib-yetirmiyəcəklərini görəcəyik” -deyə Bayden bildirib.

Onun sözlərinə görə, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın birinci şəxsləri ilə telefon danışığı zamanı liderlər Rusiyaya təzyiqlərin davam edəcəyi ilə bağlı razılığa gəliblər.

” Eyni zamanda, biz güclü sanksiyaları qoruyub saxlamağa davam edəcəyik. Ukraynaya özlərini müdafiə edə bilmələri üçün hərbi yardım göstərməyə davam edəcəyik və hadisələri diqqətlə izləyəcəyik” – deyə Bayden bildirib.