Co Bayden - narahatam, çünki Putin taktiki nüvə silahından istifadə edə bilər, bu realdır
Co Bayden - narahatam, çünki Putin taktiki nüvə silahından istifadə edə bilər, bu realdır

 

Taktiki nüvə silahından istifadə təhdidi realdır – bu bəyanatı ABŞ Prezidenti Co Bayden verib.

“Təxminən iki il əvvəl Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxırdı. Putinin taktiki nüvə silahından istifadə edə biləcəyindən narahat olduğumu deyərkən indi də mənə belə baxırlar. Bu realdır” -deyə Bayden açıqlayıb.

Ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan taktiki nüvə silahı aldığını bildirib və o, bunun 1945-ci ildə ABŞ tərəfindən Xirosima və Naqasakiyə atılan atom bombalarından üç dəfə güclü olduğunu bildirib. Prezident Bayden Rusiyanın taktiki nüvə silahının Belarusda yerləşdirilməsini “tamamilə məsuliyyətsiz davranış” adlandırıb.