Co Bayden - mülki əhalini qorumaq üçün hərbi dəstək haqqında məlumat vermək məqsədilə Netanyahu ilə əlaqə saxladım
Co Bayden - mülki əhalini qorumaq üçün hərbi dəstək haqqında məlumat vermək məqsədilə Netanyahu ilə əlaqə saxladım

 
ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Bu barədə Bayden “Twitter”də yazıb.

“ABŞ-ın İsrailə qətiyyətli dəstəyini ifadə etmək və mülki əhalinin müdafiəsi üçün hərbi dəstəklə bağlı yeni məlumatlar vermək üçün baş nazir Netanyahu ilə yenidən əlaqə saxladım. Bütün ölkələrin “HƏMAS”ı Fələstin xalqının istəklərini təmsil etməyən terror təşkilatı kimi birmənalı şəkildə pisləməsinin vaxtı çatıb” – deyə Bayden özünün “Twitter” səhifəsində yazıb.