Co Bayden Konqresə müraciət edərək Ukrayna üçün ən qısa zamanda 33 milyard dollar yardım ayırmağa çağırır
Co Bayden Konqresə müraciət edərək Ukrayna üçün ən qısa zamanda 33 milyard dollar yardım ayırmağa çağırır

 
Putinin təcavüzünə qarşı Ukraynaya kritik əhəmiyyət daşıyan iqtisadi və humanitar yardım göstərilməsi haqqında sənədi Konqresə təqdim edilməsi üçün indicə imzaladım –bu barədə ABŞ prezidenti Co Bayden bu gün keçirilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, Ukraynanın hazırda köməyə ehtiyacı var və bu mübarizənin dəyəri ucuz deyil.

“Bizə azadlıq uğrunda mübarizə aparan Ukraynanı dəstəkləmək üçün bu lazımdır. Bu maliyyənin mümkün qədər tez təsdiqlənməsi kritik əhəmiyyət kəsb edir. Bu mübarizənin dəyəri ucuz deyil, lakin təcavüzə təslim olmaq bizə daha baha başa gələcək. Biz Rusiyaya hücum etmirik. Biz Ukraynaya Rusiyanın təcavüzündən özünü qorumaqda kömək edirik. Putin bu qəddar işğala başlamağı seçdiyi kimi, bu qəddar işğala son qoymağı da seçə bilərdi” -deyə Bayden bildirib.

Bundan əvvəl, mətbuatda ABŞ Prezidentinin Konqresdən Ukraynaya hərbi və humanitar sahədə dəstək üçün 33 milyard dollar həcmində yardım paketini ayırmağı xahiş etdiyinə dair məlumat yayılmışdı.