Co Bayden - fikrimcə Rusiya "Böyük İyirmilik"-dən kənarlaşdırılmalıdır
ABŞ prezidenti Co Bayden Rusiyanın “Böyük İyirmilik”-dən kənarlaşdırılmalı olduğunu bildirir.
Brüsseldə NATO-nun fövqəladə sammitindən sonra Co Baydenin qeyd etdiyi kimi, əgər digər ölkələr Rusiyanın G20-dən kənarlaşdırılması ilə razılaşmasalar, Ukraynaya iclasda iştirak etmək imkanı verilməlidir.
“Fikrimcə Rusiya “Böyük İyirmilik”-dən kənarlaşdırılmalıdır, lakin bu G7 ölkələrindən asılıdır. Bu gün bu məsələni müzakirə etdik və görülməli olan imkanları təqdim etdim. Əgər İndoneziya və digər ölkələr razılaşmasalar , o zaman Ukraynaya iclasda iştirak etmək imkanı verilməlidir”-deyə Co Bayden bildirib.