"CNN Turk" - Vladimer Putin Rəcəb Tayyib Ərdoğana Rusiyada "Bayraktar" istehsal edən müəssisə açmağı təklif edib, türk şirkətində isə Putinə pilotsuz təyyarələrini satmayacaqlarını bildiriblər
Tehranda keçirilən görüş zamanı, Vladimer Putin Rəcəb Tayyib Ərdoğana Rusiyada “Bayraktar” istehsal edən müəssisə açmağı təklif edib.
“CNN Turk” tərəfindən yayılan məlumatda, Türkiyə prezidentinin bu barədə partiyanın iclasında həmkarlarına bildirdiyi deyilir.
Yayılmış məlumatlarda, Rusiya prezidentinin Birləşmiş Ərəb Əmirliklərində belə bir müəssisənin artıq olduğunu və “Bayraktar”ın artıq Rusiya Federasiyasında daha bir müəssisə aça biləcəyini söylədiyi deyilir.
“Bayraktar” Birləşmiş Ərəb Əmirliklərində istehsal xətti yaratma prosesindədir. Bununla yanaşı, şirkətin icraçı direktoru Haluk Bayraktar öz pilotsuz təyyarələrini Putinə satmayacağını bildirib.
“Türkiyə ilə Ukrayna arasında xüsusilə aviasiya və kosmos sahəsində strateji əlaqələr mövcuddur. Türkiyə silahlı PUA texnologiyası ilə Ukraynanı dəstəkləyir. Rusiyaya heç nə nəql etməmişik, heç nə yerləşdirməmişik. Belə bir şeyi heç vaxt etməzdik” – deyə Haluk Bayraktar bildirib.