"CNN" - sosial şəbəkələrdə yayılan ABŞ-ın məxfi sənədlərinə əsasən ABŞ Volodimir Zelenskini izləyirmiş
"CNN" - sosial şəbəkələrdə yayılan ABŞ-ın məxfi sənədlərinə əsasən ABŞ Volodimir Zelenskini izləyirmiş

 

Sosial şəbəkələrdə yayılan ABŞ-ın məxfi sənədlərinə əsasən ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini izləyirmiş. Bu barədə “CNN” məlumat yayır.

Medianın yaydığı məlumata görə Ukrayna Prezidentinə yaxın mənbə bunun təəccüblü olmadığını, lakin Ukraynanın rəsmi şəxslərinin sənədlərin yayılmasından dərin məyusluq hissi keçirdiyini bildirib.

“CNN” sənədlərin yayılması səbəbindən Ukraynanın artıq hərbi planlarını dəyişdirdiyini yazır.

Sənədlərə əsasən, cari ilin fevralında Volodimir Zelenski Rusiyanın Rostov vilayətində rus yerləşim yerlərinin PUA ilə bombalanması təşəbbüsünü təqdim edib, çünki Ukraynanın Rostov şəhərinə çata biləcək uzaq mənzilli silahları yoxdur.

“CNN”nin məlumatında bunun, ABŞ-ın Kiyevin Rusiya daxilinə zərbələr endirmək üçün istifadə edəcəyindən qorxaraq Ukraynanı uzaqmənzilli raket sistemləri ilə təmin etmək istəməməsi ilə bağlı ictimai şərhlərini izah etdiyi deyilir.

Qərb mediasının məlumatına əsasən, məxfi sənədlərin açıqlanması ilə əlaqədar, materialın ABŞ-dan yayılması və heç bir müttəfiqin izinə rastlanmaması ilə bağlı variant mövcuddur.