"CNN" – Rusiya müəyyən qüvvələrini Kiyevin ucqarlarından çıxarmağa başlayır

 

Rusiya Müdafiə Nazirliyində, Rusiyanın Kiyev və Çerniqov yaxınlığında döyüş fəaliyyətini azaldacağı bildirildikdən sonra ABŞ Rusiyanın Kiyevin ucqarlarından müəyyən qüvvələrini çıxardığını müşahidə edib – bu barədə “CNN” iki amerikalı yüksək vəzifəli şəxsə istinadən məlumat yayır.

“CNN” mənbəyə istinadən yazır ki, Rusiya qüvvələrinin bir hissəsini, o cümlədən rus batalyonunun taktiki qruplarını Kiyevin ucqarlarından çıxarmağa başlayır.

Həmçinin, “CNN”-in yazdığı üzrə, Rusiya qüvvələri diqqəti cənub və şərqə yönəltmək üçün bəzi şimal bölgələrindən geri çəkilirlər.

Amerika teleşirkətinin məlumatına görə, ABŞ bunun qısamüddətli qruplaşma planı olmadığını və daha uzunmüddətli bir addım olduğunu düşünür, çünki Rusiya Ukraynanın şimalına doğru irəliləyişin uğursuzluğa düçar olduğunu başa düşür.