“CNN”-in məlumatına görə, Ukraynada hərbi əməliyyatlar başlayandan 15 minə qədər rus hərbçi həlak olub
Ukraynada hərbi əməliyyatlar başlayandan 15 minə qədər rus hərbçi həlak olub. Bu barədə “CNN” NATO-nun iki yüksək rütbəli rəsmisinə istinadən xəbər verir.
Onların verdiyi məlumata görə, həlak olanların sayı 7-15 min arasında dəyişir.
Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiyanın canlı qüvvə itkisi 15 600 nəfərə çatır. Ümumilikdə isə, ölən, yaralanan və itkin düşənlərin sayının 30-40 min arasında olduğu proqnozlaşdırılır.