"CNN" - BMT Ukraynada 300 mülki vətəndaşın qanunsuz şəkildə qətlini araşdırır
BMT Ukraynada 300 mülki vətəndaşın qanunsuz şəkildə qətlə yetirilməsi faktını araşdırır. “CNN”-in məlumatına görə, bu barədə BMT-nin Ukraynadakı Monitorinq Missiyasının rəhbəri Matilda Boqner onlarla söhbət zamanı bildirib.
Boqner Ukraynada mülki əhaliyə qarşı törədilən vəhşiliklərdən danışıb və bildirib ki, BMT missiyanın sənədləşdirə bildiyi 300 mülki vətəndaşın qanunsuz qətlə yetirilməsi faktını araşdırır.
Eyni zamanda, onun sözlərinə görə, bu vaxt üçün Ukraynada onlarla təcavüz və 150-yə qədər adam oğurluğu da daxil olmaqla, 5 mindən çox mülki vətəndaşın həlak olması və ya yaralanması faktı qeydə alınıb. O, bu cür halların sayının bundan qat-qat çox ola biləcəyini bildirib.
“Biz Rusiya Federasiyasının işğal etdiyi bəzi ərazilərdə ukraynayönümlü insanların təqib edildiyini eşidirik . Məsələn, yerli məmurları, ictimai fəalları, hüquq müdafiəçilərini, bəzən də jurnalistləri saxlayırlar. Bəziləri sərbəst buraxılıb, bu yaxşı haldır, lakin bəziləri ölü tapılıb” -deyə Boqner bildirib.