“CNN” – Avstriya kansleri, Rusiya qazını hazırda dayandırmağın mümkün olmadığını bildirir

 

 Avstriya kansleri Karl Nehammer Rusiya qazını hazırda dayandırmağın mümkün olmadığını bildirir. Onun sözlərinə görə, sanksiyalar Avropa İttifaqına deyil, Rusiyaya zərər vurmalıdır. Məlumatı “CNN” yayır.

Kanslerin də izah etdiyi üzrə, qaz embarqosuna qarşı belə arqumenti olan yeganə ölkə Avstriya deyil. Nehammer Almaniya və Macarıstanın da oxşar mövqeyə malik olduğunu bildirir. Paralel olaraq, Avstriya Rusiyaya qarşı sanksiyalarla əlaqədar  Aİ-ni qəti şəkildə dəstəkləyir.

“Neft Avropa Komissiyası və Avropa Şurasında artıq müzakirə olunur. Qaz məsələsi ayrıdır. Bu, təkcə Avstriyanın deyil, həm də Almaniyanın, Macarıstanın, Bolqarıstanın mövqeyidir, çünki biz qazdan asılıyıq. Sənayemiz qazdan asılıdır. Biz hansı sanksiyaların Rusiyaya bizdən daha çox zərər vurduğunu müəyyən etməliyik “-deyə Avstriya kansleri bildirir.

Bununla yanaşı, Nehammer qaz embarqosu ilə bağlı fikir ayrılığının Aİ-də parçalanmaya səbəb olacağına inanmır.

“Biz Rusiyaya qarşı sanksiyalar məsələsində birləşməyə qərar verdik və artıq qəbul etdiyimiz sanksiyalar çox qəti və güclüdür” -deyə Nehammer bildirib.