"CNN" - ABŞ bu həftə Ukrayna üçün qabaqcıl, orta və uzun mənzilli hava hücumundan müdafiə raket sistemi aldığını elan etməyi planlaşdırır
"CNN" - ABŞ bu həftə Ukrayna üçün qabaqcıl, orta və uzun mənzilli hava hücumundan müdafiə raket sistemi aldığını elan etməyi planlaşdırır

 
ABŞ bu həftə Vaşinqtonun Ukrayna üçün qabaqcıl, orta və uzun mənzilli hava hücumundan müdafiə raket sistemi aldığını elan etməyi planlaşdırır-bu barədə məlumatı CNN yayır.

Ukraynanın rəsmi şəxsləri NASAMS adı ilə tanınan raketdən müdafiə sistemi tələb ediblər. Bu sistem 150 kilometr məsafədəki düşmən hədəfini məhv edə bilir.

“CNN”in mənbəsinin verdiyi məlumata görə, ukraynalı hərbçilər belə sistemlərlə işləməyi öyrənməlidirlər. Bundan əlavə, Ukraynanın tələbinə cavab olaraq, ABŞ bu həftə artilleriya sursatları və əks batareyalı radarlar da daxil olmaqla əlavə hərbi yardım elan edə bilər.