CNN- ″Gilead ″ ″Remdesivir″-in istehsalı ilə əlaqədar 5 şirkətlə müqavilə bağlayıb,istehsal olunan medikamentləri dünyanın 127 ölkəsi alacaq

″Gilead″  əczaçılıq şirkəti   ″Remdesivir″-in istehsalı ilə əlaqədar 5 şirkətlə müqavilə bağlayıb.Nəticədə,istehsal olunan medikamentləri dünyanın 127 ölkəsi alacaq.Bu barədə məlumatı CNN yayır.

Bu şirkətlər Hindistan və Pakistanda yerləşirlər. Onlar tərəfindən istehsal olunan ″Remdesivir″-in  aşağı və orta gəlirli  ölkələrə çatdırılması  mümkün olacaq. Bununla birlikdə, şirkətə dərmanın qiymətini özü təyin etmək səlahiyyəti veriləcək.

″Gilead″ şirkəti  təxminən 100-200  minədək  xəstənin  müalicəsi  üçün yetərli olan 1.5 milyon ampula  ″Remedisvir″- i   ianə  olaraq  ayırmağı planlaşdırır.

 

 

Hazırladı –Sevinc Mustafayeva