Çxorotsğu Munisipalitetində, Luqela vadisində dağın yamacında baş verən yanğın söndürülüb
Çxorotsğu Munisipalitetində, Luqela vadisində dağın yamacında baş verən yanğın söndürülüb

 
Çxorotsğu Munisipalitetində, Luqela vadisində dağın yamacında baş verən yanğın söndürülüb. Bu barədə məlumatı Fövqəladə Halların İdarəedilməsi Xidməti yayır.

Verilmiş məlumata əsasən, hazırda açıq yanğın ocaqları yoxdur, yanğınsöndürən-xilasedicilər yanğın ocaqlarının ayrı-ayrılıqda likvidasiyası üzərində işləyirlər.

“Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğın-xilasetmə şöbəsi dərhal hadisəyə reaksiya verib və qısa müddətdə hadisə yerinə gəlib. Yanğınsöndürən-xilasedicilər bir neçə saatlıq fasiləsiz iş nəticəsində alovun geniş əraziyə yayılması təhlükəsinin qarşısını alıb, sonradan isə yanğını tam söndürə biliblər.

Yanğının söndürülməsi prosesinə 150-yə yaxın yanğınsöndürən, dron və sərhəd polisinin iki helikopteri cəlb olunub” – Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında deyilir.